Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Qurumdan Avtosfer.az-a verilən məlumat görə, Balakən rayonunda da bu tədbirlər çərçivəsində 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24.5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib.
Söhbət Balakən-Qazbinə-İtitala avtomobil yolundan gedir. Uzunluğu 29 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək. Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əssı hazır olan hissələr isə asfaltlanır. Artıq yolun 3 km-ə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınması yekunlaşıb. Ümumilikdə isə yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq 21 ədəd suötürücü borunun quraşdırılması və 5 metr uzunluğunda 1 dördbucaqlı su keçidinin inşası işləri yekunlaşdırılıb. Hazırda daha 1 ədəd 5 metr uzunluğunda dörbucaqlı su keçidin və 12 metr uzunluğunda körpünün inşası işləri aparılır. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Bütün işlər Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












