Balakəndə məsciddən oğurluq edən cinayətkar dəstə saxlanıldı - FOTOLAR

Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğruluq edən cinayətkar dəstəni zərərsizləşdirib. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının RPŞ-yə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğruluq edən şəxslərin rayon sakinləri Kamran Musa oğlu Muradov, Tural Lelimad oğlu Lelimadovun və Mehman Nizamı oğlu Gəncəyevin olması məlum olub.
Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyev bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi siyan vurması müəyyən edilib.
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












