Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunus dövriyyəsində şübhəli bilinən Ruslan Hüseynov və Elbruz Əzimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 10 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər “Baba” kimi tanıdıqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Araşdırmalarla hər iki şəxsin əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Emin Əhmədov, İntiqam Mustafayev, Araz Şindiyev və Əli Sofiyev də saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO










