Balıqçı gəmisində zəhərlənmə baş verdi: 4 ölü, 4 yaralı

Rusiyanın Nəqliyyatda Təhqiqat Komitəsinin Uzaq Şərq üzrə İstintaq idarəsi Kamçatkada "Zümrüd" balıqçı gəmisində dörd nəfərin ölümü ilə bağlı cinayət işi qaldırıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Tass" agentliyinə Nəqliyyatda Təhqiqat Komitəsinin Uzaq Şərq üzrə İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Darya Nemçeva bildirib.
"Bu gün səhər dörd nəfər gəmi ilə Petropavlovck-Kamçatsk limanına aparılıb. Daha dörd dənizçi isə xəstəxanaya yerləşdirilib" – deyə o bildirib. Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işi qaldırıldığını deyən D.Nemçeva əlavə edib ki, dənizçilərin ölümünün səbəbini məhkəmə tibbi ekspertizası müəyyən edəcək. Hüquq-mühafizə orqanlarındakı mənbə isə "Zümrüd" gəmisinin dənizçilərinin ölümünün ilkin səbəbi kimi metil spirtindən zəhərlənməni göstərib. Heyət üzvlərindən bir neçəsi ondan istifadə edib.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












