“Bank kart məlumatları verməyin, risklidir” – DİN çağırış edir

Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.
Vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır.
“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.
İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb.
Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir.
Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










