"Bank Respublika"nın əməkdaşı iş yoldaşı tərəfindən GÜLLƏLƏNDİ

Qaxda baş verən silahlı insidentin təfərrüatları bəlli olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, rayonun Almalı kənd sakini 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu Dəymədağlı kənd sakini Cavanşir Məmmədovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavanşir Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Mübahisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
unikal
***
09:27
Ötən gün axşam saatlarında Qax rayonunun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










