“Bank Standard”ın lisenziyası ləğv edildi

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir. Palatadan Avtosfer.az-a verilən məlumata görə, Palata bu qərarını 4 iyul 2016-cı il tarixindən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”-ın yeni menecmentinin müraciəti əsasında dövlət maliyyə qurumları (Maliyyə Nazirliyi və Mərkəzi Bank) ilə məsləhətləşməklə qəbul edib.
Məlumat verildiyi kimi, ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı.
Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mayın 3-dən etibarən ona 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. Palatanın inzibatçılığı dövründə bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər və Mərkəzi Bank tərəfindən edilən likvidlik dəstəyi nəticəsində sosial xarakterli ödənişlər və 5,000 manata qədər olan əmanətlərin qaytarılması təmin olunmuşdu. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də fasiləsiz davam edib. Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə 4 iyul tarixindən onun əsas səhm paketi dövlətə məxsus “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılması barədə qərar qəbul olunub. Məlumatda deyilir ki, Sanator bank tərəfindən “Bank Standard” KB-nın Müşahidə Şurası yenidən təşkil olunub və idarəetmə orqanları formalaşdırılıb, onlara bankın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramının hazırlanması həvalə edilib. Ötən dövr ərzində bankın yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarisi təklif etsə də bunların heç biri bankın maliyyə dayanıqlığının bərpası üçün yetərli olmamışdır. Bu dövrdə bankın üzləşdiyi kəskin likvidlik probleminin həlli məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banka əlavə likvidlik dəstəyi göstərilsə də ödəmə qabiliyyətinin tam bərpası, əlavə kapital inyeksiyası olmadan isə onun itkilərinin qarşısının alınması mümkün olmayıb. .
Sanator bank müraciətində “Bank Standard”-ın sağlamlaşdırılması üçün tələb olunan sərmayənin mövcud makroiqtisadi şəraitdə hökumət və ya Mərkəzi Bank tərəfindən ayrılmasının qeyri-reallığını əsas götürərək bankın sağlamlaşdırma təşəbbüsünün təxirəsalınmadan dayandırılması və onun müflis elan edilməsini xahiş edib.
Müraciəti nəzərə alaraq və əlavə itkilərin qarşısının alınması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.
Məlumatda qeyd olunub ki, “Bank Standard” KB Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.
Artıq bu gündən Palata tərəfindən banka müvəqqəti inzibatçı təyin edilib. Palata “Bank Standard”-ın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edəcək. Bankın öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.
Emin
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










