Bankdan kredit götürən şəxs qadın zamini döyərək komaya salıb

Tovuzda qadın kredit üstə döyülüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb. Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürüb. Qonşunun xahişi ilə Q.Hüseynova ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə bank zaminin maaş kartından həmin məbləği tutub. Q.Hüseynova buna etiraz edib və qonşusundan həmin məbləği istəyib. Kredit götürən şəxslə Q.Hüseynova arasında mübahisə yaranıb və qonşusu qadını xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb. Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












