Banklar hansı hallarda zamini məhkəməyə verə bilməz? - İZAH

Problemli kreditlərin artması kredit götürənə zamin durmuş şəxslərin əlavə problemlərlə üzləşməsi ilə nəticələnir. Çünki borc alan krediti ödəmədikdə özü ilə bərabər ona zamin durmuş şəxs də məsuliyyət daşımalı olur. Bank bir çox hallarda zamini də məhkəməyə verir. Bununla da həmin məbləğin zamin tərəfindən ödənilməsi təmin edilir.
Maraqlıdır, zamin hansı hallarda məhkəməyə verilə bilməz?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan hüquqşünas, bank eksperti Əkrəm Həsənov deyib ki, kredit müqaviləsinin müddətindən bir il keçərsə, zamin məhkəməyə verilə bilməz:
“Borc alan krediti ödəmirsə, bank həm borc alanı, həm də zamini məhkəməyə verə bilər. Sadəcə zaminlik müqaviləsindən başqa hal nəzərdə tutulmayıbsa, kredit müqaviləsinin müddətinin bitməsindən 1 il zaman keçərsə, zamin məhkəməyə verilə bilməz. Məsələn, kredit müqaviləsi 3 illik bağlanıb. Müqavilənin müddəti bitib. Üzərindən 1 il keçib. Bu zaman bank borcun ödənilməsini tələb etmək üçün zamini məhkəməyə verə bilmir”.
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR











