Bankomatın yanında dayanıb pensiyaçıları soyan soyğunçu saxlanılıb - FOTO

Qubada təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dekarbın 26-da Quba rayon Yuxarı-Tülər kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də rayon ərazisində yerləşən Kapital banka məxsuz bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Evinə gəldikdə isə qaytarılan kartın ona məxsuz olmadığını oyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə həmin şəxsin onu aldadaraq soyğunçluq etdiyini anlayıb. RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.
İ.Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da üstü açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.
Faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Əgər İ.Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə və ya şəhər telefonlarından (023)3353511; (023) 3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















