BANM-də “Formula-1” yarışları haqqında təqdimat keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Bilik Fondu və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri üçün Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları haqqında təqdimat keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən apa-ya bildirilib ki, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanın son illərdə bir sıra mötəbər yarış və müsabiqələrə uğurla ev sahibliyi etməsindən danışıb.
Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə, Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova və “Formula-1” yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev iştirak ediblər. Rəhim Əliyev Azərbaycanda “Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışları haqqında ətraflı məlumat verib. O, 21 ölkənin ev sahibliyi etdiyi yarışlar içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisinin unikallığı ilə seçiləcəyini deyib: “Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək və paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək, televiziya izləyiciləri üçün gözəl mənzərə açacaq. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var”.
Sonra “Bakı Avropa Qran Prisi” (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş edilib, Rəhim Əliyev tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, 17-19 iyun tarixlərində Azərbaycan "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) yarışlarına ev sahibliyi edəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












