"Bantik"in rəhbərliyi məsuliyyətə cəlb olundu - FOTO

"Bantik" mağazalar şəbəkəsində satıcı işləmiş Aysu Abdullayeva işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonus pullarının verilmədiyini və bununla bağlı sosial şəbəkədə paylaşdığı videoya görə hədələndiyini iddia edib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, A.Abdullayevanın müraciəti araşdırılıb:
"Araşdırma zamanı “Bright Beauty” MMC-dən aidiyyəti sənədlərin təqdim edilməsi tələb edilib, sənədlərin tam təqdim olunmaması ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb".
Xidmətin açıqlamasında qeyd olunub ki, “Bright Beauty” MMC-nin vəzifəli şəxsi və hüquqi şəxsi inzibati məsuliyyətə cəlb edilib və müəssisə cərimə olunub.
Həmçinin bildirilib ki, müraciətlə bağlı vətəndaşa müvafiq qaydada cavab verilib.
Qeyd edək ki, mediada “Bantik”lə bağlı ötən günlərdə də oxşar iddia yayılıb. Belə ki, 2024-cü ildə mağazada satıcı işlədiyini deyən qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını bildirib.
Şirkətin rəhbəri Leyla Əliyeva isə həmin iddiaya cavab olaraq qadını tanımadığını və problemin həlli üçün onunla əlaqə saxlamağa hazır olduğunu qeyd edib.

Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












