Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin - FOTOSU

Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib. "Report"un məlumatına görə, bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib. Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.
Qeyd edək ki, o, Barselona şəhərində mikroavtobusu kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.
***
İspaniya polisi Barselonanın mərkəzində terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən birini saxlayıb. Bu barədə "El Periodico" nəşri mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatında qeyd olunur ki, saxlanılan şəxsin adı Driss Oukabirdir. O, avtomobili icarəyə götürərək Rambla küçəsində piyadaları vurub. Mətbuat onun "facebook" səhifəsinə əsasən Driss Oukabirin əslən Fransanın Marsel şəhərindən olduğunu açıqlayıb. O, Fiqeras şəhərindəki həbsxanada cəza çəkib və 2012-ci ildə azadlığa çıxıb.
"La Vanguardia" isə terror aktı törədənlərdən birinin Barselonanın mərkəzində baş vermiş atışmada öldürüldüyünü xəbər verib. "Hücumda şübhəli bilinənlərdən biri San-Just-Desverndəki atışmada öldürülüb", - deyə nəşrin məlumatında bildirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













