Baş DYP-dən xəbərdarlıq – Piyada keçidinə görə yol bağlanır - FOTO

DİN Baş Dövlət Yol Polisi İdarəsi 17-18 sentyabr 2016-cı il tarixlərində Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan–Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.
Elmin
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT













