Baş həkim: "Bu il yol qəzalarında xəsarət alanların sayında 3 faiz artım olub"

“Bu il ərzində Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərilib”.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Stansiyanın baş həkimi Mirələm Cəlalov deyib. Onun sözlərinə görə, məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Baş həkim qeyd edib ki, ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb. O, sanaviasiya xətti ilə regionlarda aparılan cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını (2016-cı ildə 9, 2017-ci ildə 36) deyib: “Regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir”.
M.Cəlalov il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edildiyini də bildirib: “Onlardan 32-si Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












