Baş həkim: "Ürək-damar xəstəlikləri kişilər arasında daha çox rast gəlinir"

"Son 15 ildə Mərkəzi Klinik Xəstəxanada ürəklə bağlı 11 mindən çox əməliyyat icra olunub". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib. O bildirib ki, əməliyyatların əksəriyyəti ürək-damar xəstəlikləri səbəbi ilə icra edilən koronal-şuntlama əməliyyatıdır: "Bu da ürək əməliyyatının təxminən 60 faizini əhatə edir. Bu zamana kimi əməliyyat edilən ən cavan xəstənin 28, yaşlı xəstənin isə 90 yaşı olub. Ürək-damar xəstəlikləri kişilər arasında daha çox rast gəlinir. Ancaq qadınlarda müəyyən yaş dövründən sonra kişilərlə müqayisədə aradakı fərq aradan qalxır".
Ürək-damar xəstəliklərinin dünya və Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında öndə gəldiyini xatırladan baş həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, ötən il 17, 5 milyon insan məhz ürək-qan dövranı xəstəliklərindən həyatını itirib. O, həmçinin əlavə edib ki, Azərbaycanda yenidoğulanlar arasında ürək qüsurları ilə bağlı statistikada artım yoxdur və mövcud tendensiya dünya ölkələrindəki göstərici ilə eynidir: "Bu gün bir çox mərkəzlərdə yenidoğulmuşların kardioloji müayinə və müalicəsində, həm də ən ciddi əməliyyatlarda irəliləyişlər əldə olunur. Təbii ki, bu əməliyyatlardan sonra müəyyən ağırlaşma faizləri olur. Keçən ilin statistikasına əsaslanaraq demək olar ki, Azərbaycandakı göstərici dünya rəqəmləri ilə eynilik təşkil edir. Mərkəzi Klinik Xəstəxanada bu tip əməliyyatlar 1 faiz risklə icra olunur".
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












