Baş nazirin müavini 3 il əvvəl belə demişdi: "Hər bir məmur öz övladına ..."

"Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?"
Avtosfer.az primetime.az-a istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov 2014-cü ildə mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir: "Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir".
Qeyd edək ki, ötən gün biri Mercedes Galendevagen olmaqla iki maşın Heydər Əliyev prospektində ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub.
Hadisə zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus10 PP 203 dövlət nömrə nişanlı Galendevagen aşıb və yanmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində Nail Allahverdiyev ağır yaralanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












