Başı eskalatora çırpılan xanım barədə "Azəravtoyol”dan AÇIQLAMA

Heydər Əliyev Sarayının qarşısındakı piyada keçidində eskalatorun xarab olması nəticəsində şəhər sakini Svetlana Petrova yıxılaraq xəsarət alıb. O, keçidin yuxarı qalxan eskalatoru işləmədiyindən ayaqla qalxmalı olub. Bu zaman eskalatorun pillələrindən biri qopub. Başı eskalatora çırpılan xanım üz nahiyyəsindən ağır xəsarətlər alıb. Onun üzünə xeyli sayda tikiş qoyulub. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı interaz-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyada keçidlərindəki eskalatorlar tez-tez xarab olur:
“Piyada keçidlərindəki eskalatorlar işlək mexanizm olduğundan sıradan çıxması müşahidə edilir. Diqqətinizə çatdırım ki, eskalatorlar Azərbaycanda istehsal olunmur və xaricdən gətirilir. Hər hansı eskalatorda nasazlıq baş verdiyi zaman onun aradan qaldırılması mümkündürsə, təmir edilir. Əks təqdirdə onun ehtiyat hissəsi xaricdən sifariş olunur. Ona görə də eskalatorun ehtiyat hissəsi gətirilənədək qeyri-işlək vəziyyətdə qalır. Onu da deyim ki, həmin vaxt eskalator işlək vəziyyətdə olmayıb. Hadisə yerinə baxış keçirən əməkdaşlarımızdan bizə verilən məlumata görə, xanımın başı gicəlləndiyindən o yıxılıb. Yəni, hadisənin yazıldığı kimi eskalatorun pillələrindən birinin qopması nəticəsində baş verdiyi doğru deyil. Mərkəzi Bankın qarşısındakı piyada keçidlərinin istismarını özəl şirkət həyata keçirir. Eskalatorların işlək olub-olmamasına həmin şirkət cavabdehlik daşıyır”.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










