Başına 5 milyon qoyulan "yeddi canlı" İŞİD lideri öldürüldü

İŞİD-in ikinci adamı hesab edilən, yüksək rütbəli komandiri Əbu Ömər Əl Şişani öldürülüb. Avtosfer.az ans press-ə istinadən məlumatına görə, bu barədə terror təşkilatına yaxınlığı ilə seçilən "Amak" agentliyi xəbər yayıb. Terrorçu İraqın Mosul şəhərinin ətrafında baş verən döyüşlərdə zərərsizləşdirilib. Şişaninin ölümü ilə bağlı əlavə detallar barədə məlumat verilmir.
Maraqlıdır ki, dünyanın ən təhlükəli terrorçusu çeçen əsilli gürcü Ömər Şişaninin öldürülməsi ilə bağlı 2014-cü ildən bəri yeddi dəfəyə yaxın ölüm və ya həbs edilmə xəbəri yayılıb.
Bu ilin mart ayında ABŞ-ın Müdafi Nazirliyi Şişanının Suriyada həyata keçirilən hava əməliyyatları zamanı öldürüldüyünü bəyan etmişdi.
Amma heç bir neçə ay keçməmiş yenidən onun ölüm xəbəri yayıldı. ABŞ terrorçunun başına 5 milyon dollar qoymuşdu.
"Çeçen Ömər" ləqəbi ilə tanınan Şişani 2014-cü ildə yayılan videoda Rusiyanı təhdid etmişdi.
1986-ci ildə Gürcüstanın şimalında dünyaya gələn Şişaninin atasının gürcüstanlı bir xristian, anasının isə çeçen mənşəli müsəlman olduğu bildirilir.
Şişani 2006-cı ildə Gürcüstan ordusuna qoşulub və ABŞ hərbi qüvvələrinin təlimlərində iştirak edib.
2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibədə iştirak edən Şişani, 2010-ci ildə vərəm diaqnozu ilə ordudan ayrılıb.
Silah ticarəti ilə məşğul olarkən həbs olunan Şişani, həbsxanada radikal qruplarla təmas qurub. 2012-ci ildə azadlığa buraxılan Şişani, 2013-ci ildə Gürcüstandan ayrılaraq Suriyaya gedib və İŞİD komandiri olaraq fəaliyyətə başlayıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












