Başlandı: Avtobus sahiblərinə xəbərdarlıq edildi

Gündəm 7 Mart 2016 10:20 Oxunub 1731
Başlandı: Avtobus sahiblərinə xəbərdarlıq edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara məlumat göndərib

Bakı Nəqliyyat Agentliyi daşıyıcılara məlumat göndərib. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a bildiriblər ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində müntəzəm şəhərdaxili marşrutlar üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara məlumat göndərib. Məlumatda qeyd olunur ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən:

- işçi heyətə (kateqoriyalı sürücülərə, mütəxəssislərə, və s.);

- sərnişin avtonəqliyyat vasitələrinin saxlanması, xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki müayinə olunması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsinə şəraiti olan şəxsi və ya icarəyə götürülmüş istehsalat bazasına malik olmalıdırlar. Məlumatda, həmçinin qeyd edilir ki, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər: "Qeyd edilənlərin icra edilməsi məqsədilə müvafiq sənədlər, o cümlədən istehsalat bazasının, qarajın şəkilləri 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim edilməlidir. Əks halda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamənin  3.0.8 bəndinə əsasən barələrində zəruri tədbirlər görüləcəkdir. Eyni zamanda, qayda pozuntuları mövcud olduğu halda, müntəzəm sərnişindaşımaların həyata keçirilməsi ilə əlaqədar müqavilə münasibətlərini ləğv etməklə marşrut xəttindən kənarlaşdırılma məsələsinə baxılacaqdır".

Xatırladaq ki, prezident İlham Əliyev 2015-ci ilin dekabrın 21-də Bakı Nəqliyyat Agentliyinin yaradılmasına dair fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC Agentliyin tabeliyinə verilib. Sənədə əsasən, həmçinin Daxili İşlər Nazirliyinə tapşırılıb ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirsin. Bakı Şəhər İcra Hakimiyyətinə isə tapşırılıb ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etsin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh