Başörtüyü taxan amerikalı aktrisa saxlanıldı - Aeroportda

Amerikalı aktrisa Lindsey Lohan başörtüyü taxdığı üçün Londonun “Heathrow” hava limanında gömrük səlahiyyətliləri tərəfindən saxlanılıb. Avtosfer.az “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə 30 yaşlı aktrisa “Good morning britain” verilişində açıqlama verib. “Bir müddət öncə Nyu-Yorka gedərkən başörtüyü taxmışdım və hava limanında saxlanıldım. Həyatımda ilk dəfə irqi-ayrıseçkiliklə qarşılaşdım. Vəsiqəmi çıxarıb səlahiyyətli şəxsə göstərdiyimdə o, məndən üzr istədi. Lakin başörtüyümü çıxarmağımı dedi”,- deyə L. Lohan bildirib. Aktrisa səlahiyyətli şəxslərin dediyinə əml etdiyini söyləyib: “Digər qadınların başörtüyü taxdığında özlərini nə qədər narahat hiss etdiklərini başa düşdüm. Məni əsas qorxudan budur. Rəsmən şok oldum. Bunun məqsədinin nə olduğunu deyə bilmərəm, amma çox təsirli idi. Həmin şəxs mənim kim olduğumu görənə qədər məni iki dəfə yoxladılar. Olduqca qəribə idi”. Qeyd edək ki, islam dinini qəbul etdiyi deyilən aktrisa bir müddət öncə İnstaqram hesabındakı bütün şəkilləri silərək adının yanına “Alaikum salam” ifadəsini yazıb. Xristian ailəsində dünyaya göz açan Lohan bundan öncə bir neçə fərqli dinlərə sitayiş edib. 2016-cı ildə Türkiyənin Qaziantep şəhərinə səfər edib burada suriyalı ailələrlə görüşən aktrisa başörtüyü ilə də müzakirələrə səəb olmuşdu.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










