Banner

Bayden Ukraynaya qoşun göndərir? - VİDEO

Gündəm 26 Mart 2022 00:10 Oxunub 2410
Bayden Ukraynaya qoşun göndərir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə biləcəyinə eyham vurub. 

“Qafqazinfo” Ukraynanın “Teleqraf” nəşrinə istinadən xəbər verir ki, Co Bayden bu barədə Polşada ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbçilərinin önündə çıxış edərkən danışıb. 

Belə ki, amerikalı hərbçilərlə Ukrayna və ukraynalılar barədə danışan Bayden bunları söyləyib: “Orada olduqda hər şeyi özünüz görəcəksiniz”. 

Baydenin bu çıxışı sosial şəbəkələrdə və həm Rusiya, həm də Ukrayna mediasında müzakirələrə və anlaşılmazlığa səbəb olub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh