Bayılda yol bağlayanlar cəzalandırıldı, yol açıldı - VİDEO-FOTO

Bayıl qəsəbəsində yerləşən Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı yolu bağlayan şəxslər cəzalandırılıb. Avtosfer.az bir neçə gün xəbər vermişdi ki, ərazidəki beşmərtəbəli binaların sakinləri yolun bağlanmasına görə əziyyət çəkir. Belə ki, Bayıl qəsəbəsində "Bəy Mamed" kimi tanınan iş adamının tikdirdiyi binaların arasından əsas yola çıxan hissəyə dəmirlər basdıraraq hərəkəti məhdudlaşdırıblar. Həmin kəsişmədə hətta sola hərəkəti bildirən yol nişanı da quraşdırılıb. Yolda sıxlıq yaranan zaman sürücülər qeyd etdiyimiz köməkçi yoldan istifadə edərək gedəcəkləri məsafəni qısaldırdılar. Lakin maneə quraşdırılandan bəri həmin köməkçi yoldan istifadə etmək mümkünsüz olub.
Bu gün Səbail rayon Polis İdarəsinin əməkdaşları ərazidə araşdırma apardıqdan sonra yolun qanunsuz olaraq bağlandığını müəyyən ediblər. Bununla əlaqədar olaraq yolu bağlayanlar cəzalandırılıb, ərazisə basdırılan borular və digər maneələr isə yığışdırılıb. Artıq həmin yol sakinlərin istifadəsindədir.
Göstərilən operativ reaksiyaya görə ərazidə yaşayan sakinlər Daxili İşlər Nazirliyi rəhbərliyinə və Səbail rayon Polis İdarəsinə təşəkkürünü bildirib.
Emin
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ















