Bayılın ardınca "Nübar" qəsəbəsi və "Zəli gölü" adlanan ərazidə sürüşmə aktivləşdi

Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.
O qeyd edib ki, Bayılın Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evinin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur.
Nazirlik rəsmisi həmin evlərin yerləşdiyi ərazinin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşdiyini də söyləyib.
R.Həsənov əlavə edib ki, son bir necə gün ərzində yağan yağışlarla əlaqədar Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












