Bayram günlərində ictimai nəqliyyatın iş qrafiki açıqlanıb

Martın 19-da Novruz bayramı münasibətilə dənizkənarı milli parkda keçiriləcək atəşfəşanlıqla əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində hər hansı bir dəyişiklik gözlənilmir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rauf Mirqulamov "report"a bildirib ki, sərnişinlərə xidmət göstərən ictimai nəqliyyat vasitələri gündəlik olaraq qrafik üzrə 16-18 saat çalışırlar: "Gündəlik olaraq saat 21.00, 22.00 və 23.00-dək işləyən az sayda marşrutlar da var, lakin ümumilikdə iş rejimləri eynidir. Avtobuslar hər zaman qrafik üzrə xəttdə saat 06.00-dan axşam 12.00-dək hərəkət edirlər. Bu, bayram günlərində də davam edəcək".
R. Mirqulamov qeyd edib ki, Novruz bayramı ilə əlaqədar şəhərin müxtəlif yerlərində yollar bağlı olarsa və bu, marşurt xətlərinin işinə təsir edərsə, bu barədə NİİM-in "facebook" səhifəsində də məlumat yerləşdiriləcək.
Bakı Metropoliteni də Novruz bayramında saat 24.00-dək işləyəcək. Həmçinin bayram günlərində qatarların sayı da azaldıla bilər. Bunu "Report"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, həmin günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər: "Çünki bayram tətili ilə əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur. Bundan başqa, qatarlar arasında interval da uzadıla bilər".
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












