Bayram günlərində olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda bayram günlərində olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 3-6, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
2017-ci ilin yanvarın 1-də yarımadada və paytaxtda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 2-də dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 31-də əsasən şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 2017-ci il yanvarın 1-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 2-də rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyiəsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Fidan
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ
Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
Bəzi avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir








