Bayram öncəsi küçə ticarətçilərinə ŞAD XƏBƏR

"Novruz bayramı ilə əlaqədar küçə ticarəti ilə məşğul olanlara cərimə tətbiq olunmuyacaq". Avtosfer.az xəbər verir ki, bu barədə axar.az-a Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov qanunsuz küçə ticarəti ilə məşğul olanların çoxalması haqda danışarkən deyib. Onun sözlərinə görə, küçə ticarəti ilə məşğul olanları 80 manat məbləğində cərimə gözləyir: “Küçə ticarəti Bakının sağalmaz xəstəliyidir. Novruz bayramı ərəfəsində kənd təsərrüfatı mallarının şəhərə axını nəticəsində küçə ticarəti ilə məşğul olanların sayında çoxalma baş verib. Təlabatın artmasını nəzərə alaraq, hələ ki, heç kimə cərimə tətbiq olunmayıb. Amma bu proses bayrama qədər nəzərdə tutulub. Bayramdan sonra belə bir hala rast gəlinsə, lazımi cərimələr təyin olunacaq.
Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin qurumu olaraq tez-tez reydlər keçirir, küçə ticarətinin qarşısını almaq üçün əlimizdən gələni edirik. Əhalinin sıx olduğu yerlərdə, daha çox metro çıxışlarında bayram yarmarkalarının təşkil olunması da bir növ buna qarşı bir tədbirdir”.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












