Bayram tətili başa çatdı: avtovağzallarda sıxlıq yaranıb - VİDEO

Tətili bölgələrdə keçirənlərin geri qayıtması avtovağzallarda sıxlığa səbəb olub. Gəncədən paytaxta yola düşmək istəyənlərin sayının kəskin artması avtovağzal rəhbərliyini əlavə tədbirlər görməyə vadar edib. Uzun zamandır bu yolları avtobusla gedib gələnlər də artıq tətillərdə yaranan sıxlıqdan xəbərdardır. Buna görə də əksər sərnişinlər bileti əvvəlcədən alıblar.
Tətillə əlaqədar olaraq cənub bölgəsindən paytaxta üz tutanların sayı da adi günlərlə müqayisədə bir neçə dəfə artıb. Lənkəran rayonlararası avtovağzalından Bakıya eləcədə digər şəhər və rayonlara getmək istəyənlər çətinliklə üzləşiblər.
Avtovağzaldan bildirildi ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün reysə gün ərzində əlavə 10-11 marşrut buraxılıb.
Qiymətlərə gəlincə, avtovağzal rəsmisi süni qiymət artımına nəzarət edildiyini, gediş haqqının adi günlərdə olduğu kimi 5 manat olduğunu bildirib.
Zaqatala şəhərlərarası Rayon Avtovaqzalında da adi günlərlə müqayisədə gediş-gəliş artıb.sərnişinlərin ən çox sıxlığı Bakı marşurutu istiqamətində hərəkət edən avtobuslarda müşahidə edilib. bilet almaq üçün son günədək gözləyənlər çətinliklə üzləşiblər.
Yanvar ayının 2- sindən sərnişin sıxlığı müşahidə edildiyindən Zaqatala-Bakı marşurutu üzrə xəttə əlavə 5 nəqliyyat vasitəsi buraxılıb.
Rayon avtovağzalından bildirdilər ki, Süni qiymət artımına nəzarət edilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












