Bayramda bölgələrə səfər edəcək sürücülərə - MÜRACİƏT - VİDEO

DİN Qurban bayramı ilə əlaqədar müraciət edib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.
Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi aşağıdakı vacib qaydalara əməl etməyə çağırırıq:
Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;
Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;
Mümkün olduqda səhər saatlarında yola çıxın;
Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;
Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;
Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;
Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.
Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












