Bayramda rayona istirahətə gedənlərin başına iş gəldi – FOTO

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi bayram tətili ilə əlaqədar olaraq Şəki şəhərində olduğu müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan qızıl-zinət əşyaları və bir ədəd “LG” markalı televizorun oğurladığını bildirib.
12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini qeyd edib.
H.Süleymanovun ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən də məişət əşyaları və televizor oğurladığı məlum olub. Qeyd edək ki, H.Süleymanovun oğurluq etdiyi digər evlərin sahibləri də hadisə zamanı bayramla əlaqədar olaraq müxtəlif bölgələrdə istirahətdə olublar.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















