Bayramın ilk 3 günündə hava necə olacaq?

Bakıda və Abşeron yarımadasındamartın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, günün birinci yarısında 14-18, axşama doğru 8, Bakıda gecə 6-8, günün birinci yarısında 15-17, axşama doğru 8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək. Martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz oluanacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək. Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Fidan
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












