Bayraq Günü münasibəti ilə veloyürüş keçirilib - FOTO

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzindəki Dövlət Bayrağı meydanına veloyürüş keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 50 nəfərədək iştirakçının qatıldığı yürüş şəhər 1 saylı Texniki Fənlər Təmayüllü Liseyindən start götürüb və Heydər Əliyev meydanında başa çatıb.
Yürüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önündə Azərbaycanın Dövlət Himnini ifa ediblər. Yürüş iştirakçılarına rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilib.
Daha sonra yürüş iştirakçıları rayon mədəniyyət mərkəzində Bayraq Gününə həsr olunan rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















