Banner

BBAK-da İİV-in erkən aşkarlanması məqsədilə müayinələr aparılıb – FOTOLAR - VİDEO

Gündəm 27 Noyabr 2025 19:39 Oxunub 212
BBAK-da İİV-in erkən aşkarlanması məqsədilə müayinələr aparılıb – FOTOLAR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Avropa İİV-ə Testləşmə həftəsi - 2025" çərçivəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-ə qarşı maarifləndirmə və müayinə aksiyası keçirib.  Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Avtosfer.az-a verilən məlumata görə, təcrübəli həkimlər tərəfindən avtovağzal əməkdaşları və vətəndaşlara sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə məlumat verilib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır. Bu xəstəliyə və virusa qarşı vaksinin olmadığı barədə məlumatlar verilib. Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb. Həmçinin Avtovağzal Kompleksinin əməkdaşlarına, sərnişinlərə İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh