"BBC-nin Azərbaycan nümayəndəliyinin ölkədə fəaliyyəti qeyri-qanunidir" - Medianın İnkişafı Agentliyi

Azərbaycanda fəaliyyəti dayandırılmış BBC-nin keçmiş nümayəndəliyinin əməkdaşlarının ölkə ərazisində yenə də jurnalist fəaliyyətini davam etdirməsi, hətta müxtəlif qurumlara sorğular ünvanlaması, araşdırmalar aparması barədə məlumatlar var.
Avtosfer.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.
Məsələ ilə bağlı Agentliyin Hüquq şöbəsindən qeyd edilib ki, "Media haqqında" Qanuna görə Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda açılır.
"Əgər hər hansı xarici media subyektinin nümayəndəliyi belə müqavilə olmadan media fəaliyyəti həyata keçirərsə, bu hal həmin nümayəndəliyin ləğvi üçün əsas təşkil edir. Eyni zamanda, xarici media nümayəndələri Azərbaycan Respublikasında fəaliyyət göstərə bilmək üçün müvafiq orqanda akkreditasiyadan keçməlidirlər.
BBC nümayəndəliyinin fəaliyyətinə münasibətdə qeyd etməliyik ki, həmin subyektin Azərbaycanda fəaliyyət göstərməsini nəzərdə tutan hər hansı beynəlxalq müqavilə mövcud olmadığından aidiyyəti orqanlar tərəfindən nümayəndəlik ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılıb, həmçinin onun əməkdaşlarının akkreditasiyası ləğv olunub. Bu isə o deməkdir ki, hazırda BBC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinin heç bir hüquqi əsası mövcud deyil. Nəticə etibarilə, milli qanunvericiliyə əsasən müvafiq nümayəndəlik media subyekti hesab edilmədiyindən və onun əməkdaşlarının akkreditasiyası mövcud olmadığından, həmin şəxslər tərəfindən bu sahədə fəaliyyət göstərilməsi ciddi hüquq pozuntusu olmaqla, bu fəaliyyətin yönəldiyi fiziki və hüquqi şəxslər, qurumlar üçün hər hansı öhdəlik yaratmır, əksinə həmin strukturlara qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək hüququ verir", - Agentliyin açıqlamasında qeyd olunub.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










