"Be-200" təyyarəsi Yapon dənizində itən gəminin axtarışlarını davam etdirəcək

Rusiya FHN-nin "Be-200" təyyarələri Yapon dənizində itən "Vostok" gəmisinin axtarışlarını davam etdirəcəklər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu TASS-a nazirlikdən bildiriblər. "Bu FHN-in rəhbərliyinin qərarıdır. Hal-hazırda təyyarələr üçüşa hazırlaşır", deyə nazirlikdən bildirilib. Daha öncə Vladivostok xilasetmə-koordinasiya mərkəzindən axtarışların dayandırıldığı barədə məluma yaymışdı: "Axtarışların aktiv fazası itən şəxslərin sağ tapılmaq ümidi olmadığından dayandırılıb. Axtarışları o ərazidən keçən gəmilər davam etdirəcək". "Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub, onlardan ikisi azərbaycanlı olub. Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












