BƏƏ-nin “Etihad Airways” şirkəti Qəbələ və Naxçıvana uçuşlar həyata keçirə bilər

Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi arasında aviareysin açılması Azərbaycana turist axınının güclənməsinə, xüsusilə də yüksək kateqoriyadan olan turistlərin ölkəyə səfər etməsinə şərait yaradacaq. "Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
Xatırladaq ki, ötən gün BƏƏ-nin “Etihad Airways” aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib. N.Bağırov Abu-Dabiyə uçuşların Ramazan bayramından sonra gündəlik yerinə yetiriləcəyinə əmin olduğunu bildirib: "Bildiyiniz kimi, BƏƏ vətəndaşlarının böyük əksəriyyəti beş ulduzlu təyyarələrdə uçmağa üstünlük verirlər. “Etihad Airways” də bu qəbildən olan şirkətlərdən biridir. Həmçinin sözügedən şirkət beynəlxalq arenada özünü sübüt edib. Ümid edirik ki, digər aviaşirkətlər də ölkəyə cəlb ediləcəklər".
AzTA-nın rəhbəri Abu-Dabidən Azərbaycanın digər şəhərlərinə uçuşların reallaşdırılması imkanlarına da münasibət bildirib. Onun sözlərinə görə, bu, yeni aviareyslərə tələbatdan, turist axınından asılı olacaq: “Əgər təlabat olsa, sərfəli olsa, Qəbələyə də uçuşlar həyata keçirilə bilər. Hətta Naxçıvana birbaşa uşuşların həyata keçirilməsi barədə də danışıqlar aparılır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












