Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar - FOTO

Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəisi milis general-mayoru Oleq Vladimiroviç Matkinin başçılıq etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onlar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Belarus nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib. Görüş zamanı qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, hüquq və azadlıqların təmin olunması, infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqi və kadrların hazırlanması məsələləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini, Vətən müharibəsi memorial kompleksini və Zəfər muzeyini ziyarət ediblər, Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.



“Araz” Marketin ENDİRİM OYUNU – Müştərilər belə ALDADILIR
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ










