Belçika gəmisi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunur - FOTO

Azərbaycanın gəmi təmiri zavodlarında xarici ölkələrin gəmiləri də təmir olunur. Hazırda “Zığ” Gəmi Təmiri Zavodunda Belçikanın “Jan De Nul” şirkətinə məxsus “Vesalius” gəmisinin bərpası işləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən azərtac-a bildirilib ki, 1980-ci ildə istismara verilən gəmi müvəqqəti olaraq Qazaxıstan Respublikasının bayrağı altında üzür. Uzunluğu 90, eni 17, hündürlüyü 5 metr və ümumi tutumu 1855 ton olan “Vesalius” dəniz dibinin dərinləşdirilməsi işləri ilə məşğul olur. Artıq gəmidə tərsanə işləri başa çatıb. Yəni, bütün sualtı təmir işləri görülüb. Hazırda üzən vasitənin boru və nasosları təmizlənir, kranlarına platformalar qoyulur, mühərrikin hava sovurucusu təmir olunur. Bundan sonra isə gəminin ballast anbarlarından gedən boru sisteminin yerinin və qapıların dəyişdirilməsi, gəminin qazdığı torpaq və digər süxurları sovuran boruların yenisi ilə əvəz edilməsi nəzərdə tutulur. İşin keyfiyyətinə xüsusi fikir verən gəmi təmirçiləri həm də “Vesalius”u vaxtından 5 gün tez - martın sonlarında sifarişçiyə təhvil verməyi planlaşdırıblar. Sifarişçi də mühəndislik baxımından yüksək peşəkarlıq tələb edən mürəkkəb işlərin öhdəsindən məharətlə gələn təmirçilərimizin işindən razılığını gizlətmir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda ən güclü gəmi təmiri bazasına malikdir. Həm “Bibiheybət”, həm də “Zığ” gəmi təmiri zavodları mütəmadi olaraq xarici ölkələrdən sifarişlər alır. Əsasən AXDG-yə məxsus gəmilərin təmiri ilə məşğul olan zavodların xaricdən sifariş qəbul etməsi isə ölkəyə əlavə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir. Xatırladaq ki, təkcə ötən il “Zığ” Gəmi Təmiri Zavodunda təmir edilən 43 gəmidən 9-u xarici ölkələrə məxsus olub.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT














