"Belə vəziyyətdə yola yalnız məsuliyyətsiz sürücü çıxa bilər" - Yol polisi

Avtomobildə silgəcin işləməməsi əlavə təhlükə deməkdir. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, avtomobillərin şüşətəmizləyəninin işləməməsi istismar qaydalarının pozulması hesab edilir. Qanunvericliyə əsasən, nəqliyyat vasitələrinin şüşə silgəcləri, şüşəyuyanlar qaydasında olmalıdır: "Çünki bu detalların işləməməsinin özü də bir təhlükə yaradır. Təsəvvür edin ki, bir şəxs nəqliyyat vasitəsini yağışlı havada idarə edir və qarşıda gedən nəqliyyat vasitəsinin təkərinin altından çıxan bütün palçıqlı onun avtomobilinin şüşəsinə çırpılır. Əgər onun şüşə silgəci qaydasında olmasa, bu, real təhlükənin yaranması deməkdir. Çünki bu halda o, ya qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxacaq, ya qarşısındakı nəqliyyat vasitəsinə çırpılacaq, ya da yoldan kənara çıxa bilər ki, bu zaman da piyadaları və ya nəqliyyat vasitələrini vura bilər".
K.Əliyev qeyd edib ki, bu cür xətalara görə sürücülər məsuliyyət daşıyırlar və cərimə olunurlar: "İnzibati Xətalar Məcəlləsinin 155.2-3-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, yaxud təkərləri və şinləri, həmçinin mühərriki, ya da konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - 50 (əlli) manat miqdarında cərimə tətbiq olunur.
Təbii ki, burada söhbət ilk növbədə cərimədən getmir. Sürücü görürsə ki, onun şüşə silgəci işləmir, yaxud şüşəyuyanın suyu yoxdursa, o bunu təcili aradan qaldırmalıdır. Çünki bu, onun da, avtomobildəkilərin də, digərlərinin də həyatı üçün təhlükə yaradır. Belə vəziyyətdə yola yalnız məsuliyyətsiz sürücü çıxa bilər".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












