Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyəti müzakirə olunub – FOTO - VİDEO

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində yanvarın 17-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər ətraflı müzakirə olunub.
Seminar-müşavirədə MSK-nın və Daxili İşlər Nazirliyinin nümayəndələri, ölkəmizin şimal-qərb bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən seçki dairələri üzrə dairə seçki komissiyalarının sədrləri, şəhər və rayon polis şöbələrinin məsul əməkdaşları iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, tədbir Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Elnur Həsənov və Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin açılış nitqləri ilə başlayıb.
Bildirilib ki, bələdiyyə seçkilərinin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin etibarlı qorunması mühüm amillərdən biridir.

Sonra MSK-nın üzvü Qabil Orucov “Seçki subyektləri, onların hüquq və vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, MSK bələdiyyə seçkiləri ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Belə seminar-müşavirələrin seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyəti var.

Seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev “Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenlərin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq. Seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ










