Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO

Mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi qarşılanma mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Sözügedən marşrut Azərbaycan ilə Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı artırır.
İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub. Rəsmi qarşılanma mərasimində Azərbaycan Hökumətinin nümayəndələri, Serbiya nümayəndə heyəti, eləcə də “Air Serbia”nın rəhbər şəxsləri iştirak ediblər. Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.




Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
Bəzi avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ








