Benzin bahalaşacaq - Yanvarın 1-dən

Gürcüstanda 2017-ci il yanvarın 1-dən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması yanacağın 1 litrinin qiymətinin 0,20-0,25 lari (0,14-0,17 manat) yüksəlməsinə səbəb ola bilər.
Avtosfer.az-ın “sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bldirib.
İlkin məlumata görə, 1 ton benzin üçün aksiz vergisinin dərəcəsi 250 laridən (171 manat) 500 lariyə (342 manat), 1 ton dizel üçün isə 150 laridən (103 manat) 400 lariyə (274 manat) qədər artacaq.
“Təbii olaraq, aksizin qaldırılması qiymətlərə təsir göstərəcək. Faktiki olaraq bu aksiz vergisi birbaşa məhsulun maya dəyərinə daxildir. O qalxanda, yanacaq da bahalaşır. Bizim hesablamalara görə, əgər benzin üçün aksiz 500 lari, dizel üçün 400 lari olarsa, yanacaqda 20-25 tetra (14-17 qəpik) bahalaşma olacaq”, - deyə o bildirib.
V.Mtvralaşvili hesab edir ki, aksizin artırılması neft məhsullarının idxalının həcminə təsit göstərməyəcək.
Qeyd edək ki, Gürcüstanda axırıncı dəfə yanacaq bir ay əvvəl 0,10 lari (0,07 manat) bahalaşıb. Bu isə dünya bazarında yanacağın qiymətinin artması ilə əlaqələndirilib. Hazırda ölkənin yanacaqdoldurma məntəqələrində "Super" (Ai-98) markalı benzinin 1 litrinin orta qiyməti 1,89-2,06 lari (1,29-1,41 manat), "Premium" (Ai-95) markalı benzinin 1 litrinin qiyməti 1,79-1,89 lari (1,23-1,29 manat), "Regular" (Ai-92) markalı benzinin 1 litrinin qiyməti 1,59-1,69 lari (1,09-1,16 manat), avrodizelin 1 litrinin qiyməti 1,64-1,85 lari (1,12-1,27 manat) , dizel yanacağının 1 litrinin qiyməti 1,62-1,69 lari (1,11-1,16 manat) təşkil edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












