Benzin bahalaşdı: əhali küçələrə çıxdı - VİDEO

Yeni ilin ilk günlərində yüzlərlə meksikalı küçələrə çıxıb. Onlar yanacağın qiymətinin artmasına etiraz edirlər. Aksiyalar paytaxt Mexiko ilə yanaşı Siutanxe, Akapulko şəhərlərində də olub. Aksiyalar dinc xarakter daşıyıb. Polislə etirazçılar arasında toqquşmaların olması haqqında məlumat yoxdur.
Hökümətin qərarına əsasən yanvarın 1-dən benzin və dizel yanacağının qiyməti təqribən 20% artıb.
Belə ki, ölkədə "Magna" markalı benzinin qiyməti 0,67 dollardan 0,77 dollaradək, "Premium" benzin isə 70 sentdən 86 sentə yüksəlib. Dizel yanacağının qiyməti isə 0.7 dollardan 0.82 dollara kimi qalxıb.
Meksika işgüzar dairələrinin nümayəndələri yanacaq qiymətlərinin artırılması ilə bağlı narahat olduqlarını bildirirlər. Onların fikrincə, belə bir addım bir çox ailənin rifahına mənfi təsir göstərəcək.
Yanacağın qiymətinin artması milli valyutanın dollara nisbətdə qiymətdən düşməsi fonunda baş verib. 2016-cu ildə devalvasiya nəticəsində Meksikanaın milli valyutası olan peso təxminən 20% ucuzlaşıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












