Benzin istehsalı 12% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 895,3 mln. manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DSK-dan verilən məlumata görə, bu il ölkədə 413,9 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin 4 ayı ilə müqayisədə 12,2% çoxdur. Nəticədə bu ilin mayın 1-nə 48,3 min ton məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-aprel ayları ildə Azərbaycanda 625,5 min ton dizel yanacağı istehsal edilib. Bu, 2016-cı ilin 4 ayı ilə müqayisədə 19,4% azdır. Nəticədə bu ilin mayın 1-nə 61,7 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il Azərbaycanda ağ neftin istehsalı 8,2% azalıb. Belə ki, bu ilin 4 ayı ərzində ölkədə 199,8 min ton ağ neft istehsal olunub ki, bu ilin mayın 1-nə 11,2 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 4 ayı ərzində ölkədə neft bitumunun istehsalında 35,4% artaraq 40,9 min ton təşkil edib. Nəticədə mayın 1-nə 11 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində ölkədə sürtgü yağlarının istehsalı 2016-cı il ilin 4 ayı ilə müqayisədə 3,5 dəfə artıb. Belə ki, 4 ay ərzində 7,3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin mayın 1-nə 7,3 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım qeydə alınıb. Belə ki, bu il ərzində 68,8 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 14,1% çoxdur. Nəticədə bu ilin mayın 1-nə 1000 ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 4 ayı ərzində Azərbaycanda 230,5 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 35,2% azalma deməkdir. Nəticədə bu ilin mayın 1-nə 9,2 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, 4 ay ərzində ölkədə 60,4 min ton neft koksu istehsal edilib ki, bu da daha ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur. Nəticədə mayın 1-nə 19,9 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










