Benzin və dizel gələn il bahalaşacaq? - İqtisadçı AÇIQLADI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə Vergi Məcəlləsinə bəzi dəyişikliklər təklif olunub. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.
Bu dəyişiklik 2026-cı ilin əvvəlindən qüvvəyə minəcək.
Maraqlıdır, sözügedən dəyişiklik yanacağın qiymətinin artmasına səbəb olacaq?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda Aİ 92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir.
Onun sözlərinə görə, qiymət təyin edəndə daha çox daxili bazar konyukturası nəzərə alınır:
“Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki, peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu meyarlar işləmir.
Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ 92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin bareli 86 dollar idi”.
N.Cəfərli qeyd edib ki, 2024-cü ildə qiymət artımına gediləndə səsləndirilən meyarlar indi aradan qalxıb. O bu məntiqlə qiymətlərin enməli olduğunu dedi:
“Yəni hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı neftin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% endirməlidir. Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir. Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa, bir az endirməlidir”. /sfera.az
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var










