Benzin və ərzaq oğurluğu ilə əlaqədar cinayət işi açılıb - Ermənistanda

Ermənistanda "N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Rudik Qriqoryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, bu barədə "News.am" məhkəmə departamentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumata görə, polkovnik-leytenant Rudik Qriqoryan öz müavini, mayor Levon Qabrielyana hərbi hissənin avtomobil nəqliyyatının balansında olan xərclərini gizlətmək üçün guya daha çox benzindən istifadə olunduğunu sənədləşmə işlərində qeyd etməyi tapşırıb.
Nəticədə 3 mln. 962 min dram məbləğində benzin sənədlərə əsassız şəkildə yazılıb. Bundan başqa, hərbi hissəyə gətirilmiş quru süd və balıq konservlərinin də yoxa çıxması məlum olub.
Rudik Qriqoryana qarşı Cinayət Məcəlləsinin 375-ci və 314-cü maddələrinin müvafiq bəndləri üzrə ittihamlar irəli sürülüb.
Eyni iş üzrə adı keçən hərbi hissənin zabiti Makiç Adamyana da qarşı Cinayət Məcəlləsinin 314-ci və 375-ci maddələri üzrə ittihamlar irəli sürülüb. Hər üç şəxsdən başqa yerə getməmək haqqında iltizam alınıb və onlar məhkəməyə qədər sərbəst buraxılıblar.
İş məhkəməyə göndərilib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












