Benzin vermədiyinə görə bıçaqlandı - FOTO

28 yaşlı Qax rayon sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün axşam saat 21 radələrində rayonun Tutaclı kənd sakini 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov sol bazu və sağ budun kəsilmiş-deşilmiş bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olub. R.Ələkbərovun yaraları cərrahi yolla işlənildikdən sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib.
Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Turaclı kəndinin girişində baş verib. R.Ələkbərov ilkin ifadəsində bildirib ki, tanımadığı maşın onun yanında dayanıb. Hələki istintaqa məlum olmayan sürücü maşından düşərək R. Ələkbərovdan benzin istəyib. R. Ələkbərov tanımadığı şəxsə benzin olmadğını deyib. Nəməlum şəxs əvvəlcə R.Ələkbərovu döyüb, daha sonra ona üç bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Hazırda Qax RPŞ-nin əməkdaşları R.Ələkbərovu bıçaqlayan şəxsin kimliyini müəyən edib və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













