Benzinə görə nazirin müavini işdən qovuldu

Qazaxıstanın yanacaq bazarında yaranan defisit nazir müavinin işini itirməsinə səbəb olub. Avtosfer.az-ın istipress-ə istinadən verdiyi məlumata görə, ölkənin energetika nazirinin müavini Aset Maqauovu və "KazMunayQaz"ın sədr müavini Daniyar Berlibayevi işdən çıxarılıb.
Bu barədə Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev bildirib. Onun sözlərinə görə, yanacaq bazarındakı çatışmazlığa görə energetika naziri Kanat Bozumbayevə də töhmət verilməsi barədə prezidentə təklif verib.
Nazirlər Kabinetinin iclasında baş nazir energetika nazirindən sentyabr ayında yaranan benzin çataışmazlığının səbəbini soruşub. Bozumbayev və "KazMunayQaz"ın sədri Sauat Mınbayevin hesabatlarında çatışmazlığı iki böyük zavaodun təmirə dayandırılması, Rusiyada benzinin qiymətinin bahalaşması ilə izah ediblər. Nazir isə onların səbəblərini "bəhanə" adlandırıb.
Məlumata görə, ölkədə əhalinin 92 markalı benzin alışı ilə bağlı ciddi problem yaranıb. Adıçəkilən benzin çox yerdə ya xüsusi talonla, ya da yanacaq kart ilə məhdudiyyətlə satılıb.
Bundan başqa ölkə ərazisindəki fərdi ev sahibləri soyuqlar düşsə də, kömür çatışmazlığı ilə üzləşiblər. Onlar evləri qızdırmaq üçün bu yanacaq növündən tapa bilməməkdən şikayət edirdilər.
Energetika naziri isə dekabrda "Aİ-92 markalı benzinin idxaalını 20 faiz azaltmağı planlaşdırdıqlarını bildirmişdi. Nazirlik hesab edir ki, noyabr-dekabr aylarında vəziyyət və benzinin qiyməti sabitləşəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












