Rusiyada benzin kəskin bahalaşdı

Rusiyada yanacaq qiymətləri Ukraynanın Rusiyanın neft emalı zavodlarına PUA-larla endirdiyi yeni zərbələrdən sonra maksimum səviyyəyə yüksəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Moskva Times" nəşri yazıb.
Nəşr Sankt-Peterburq Birjasının məlumatlarına istinadən yazır ki, 9–13 fevral tarixləri arasında Аİ-92 markalı benzinin orta topdansatış qiyməti 6,9% artaraq bir tonu 62 431 rubla çatıb. Aİ-95 markalı benzin isə ötən həftə ərzində 5,8% bahalaşaraq bir tonu 63 545 rubla yüksəlib.
“Qiymət artımı ötən ilin iyulundan bəri ən kəskin artım olub”, – məlumatda qeyd olunub.
Bu gün keçirilən hərracların yekunlarına görə, Aİ-95 markalı benzinin qiymət artımı davam edib. Bu markanın birja kotirovkaları iki ayın maksimumunu yeniləyərək tonuna 63 787 rubla çatıb.
Nəşr benzinin bahalaşmasının əsas səbəbi kimi Ukrayna pilotsuz aparatlarının Rusiya neft emalı zavodlarına endirdiyi zərbələri göstərir (Axar.az).
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək










