Benzinin qiyməti bahalaşdı

Bu il yanvarın 1-dən Gürcüstanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb. Bu barədə “Report”un Gürcüstan bürosu xəbər verir ki, 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-dək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb. Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.
Bu gün qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılıb. Belə ki, “Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), “Qamma”, “Formula” məntəqələrində 1,46 lari, “Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb. Ən ucuz qiymət SOCAR-ın qazdoldurma məntəqələrində qeydə alınıb - 1,44 lari.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları Şurasının sədri Vano Mtvralaşvili bildirib ki, 2017-ci il yanvarın 1-də ölkəyə gətirilən bəzi məhsullara tətbiq olunan aksiz vergilərinin dərəcəsi artırılıb. Yanacaqdoldurma məntəqələrində təbii qazın qiymətinin artması yeni ildə aksiz vergisinin artması ilə əlaqədardır.
Fərid
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










